Video 11:50 10.04.2018

ABŞ-da yaşayan azərbaycanlı qardaşlar 1 ayda 32 milyon izləyici topladı (VİDEO)

Ravil Kamil Ağayev qardaşlarının "Bana ne" mahnısı "Youtube"da 1 ay ərzində 32 milyon dəfə izlənilib.

Qaynarinfo xəbər verir ki, söz və musiqisi Koray Albayraka aid olan mahnı martın 7-də "Youtube"a yüklənib.

"İki Kardesh" qrupunun üzvləri olan qardaşlar Rusiyada doğulublar və hazırda ABŞ-ın Massaçuets ştatının Hampten şəhərində yaşayırlar.

Ravilin 23, Kamilin isə 22 yaşı var.

Qaynarinfo sözügedən videonu sizlərə təqdim edir:
 
Çingiz Səfərli