Ekonomiks 18:30 22.03.2018

ABŞ daha bir iranlı biznesmeni həbs etdi

İranlı biznesmen Əli Sədr Haşimi Nejad ABŞ-da həbs edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Haşimi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilərək Virciniyada tutulub.
 
O, Venesuela və İran şirkətləri arasındakı işləri gizlətmək üçün vasitəçi şirkətlərin köməyi ilə bank hesabları yaradıb. 38 yaşlı Haşimi Nejad barədə 34 səhifəlik iddia hazırlanıb və 115 milyon dolları Venesueladakı proyektlə əlaqədar qeyri-qanuni şəkildə ABŞ-a keçirdiyi qeyd olunur. Biznesmenə bank saxtakarlığı, çirkli pulları yumaq və s. ittihamlar irəli sürülür. 

Haqqında Nyu Yorkda istintaq prosesi başlayan Əli Sədr Haşimi Nejada 125 il həbs tələb edilir.

Gülşən