Dünya 16:01 21.01.2019

ABŞ əsgərləri Suriyada növbəti dəfə hədəf alındı

ABŞ əsgərləri Suriyada növbəti dəfə hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, PKK/YPG terror təşkilatı üzvləri ilə birlikdə irəliləyən ABŞ əsgərləri Hasaka ətrafında terror hücumuna məruz qalıb. 8 PKK/YPG üzvünün öldüyü bildirilir, yaralılar arasında ABŞ əsgərləri də var.

Qeyd edək ki, 1 həftə əvvəl Manbicdə təşkil edilən hücumda 4 ABŞ əsgəri ölmüşdü.

Gülşən