Xəbər lenti

ABŞ Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin edildi
Ekonomiks 09:32 24.01.2018

ABŞ Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin edildi

ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bakı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.
 
Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə,  sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.
 
Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.  
 
D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->