ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bakı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.
Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.
Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.
D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.
Şərhlər