Dünya 14:27 23.01.2018

ABŞ höküməti fəaliyyətini bərpa etdi

ABŞ prezidenti Donald Tramp müvəqqəti büdcə layihəsini təsdiq edib və hökümət 3 gün fasilədən sonra fəaliyyətini bərpa etməyə nail olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Konqresdə Respublikaçılar və Demokratlar arasında mövcud olan fikir ayrılığı layihənin qəbul edilməməsi ilə nəticələnmişdi. Razılaşmanın əldə edilməməsinə səbəb kimi uşaq yaşında ABŞ-a qeyri-qanuni gələn miqrantların ölkədən deportasiyasını qadağan edən DACA proqramının ləğvi və Demokratların bu qərara etirazı göstərilirdi. 

Qeyd edək ki, hökümətin bağlanması 850 min dövlət işçisinin işini dayandırması və ya məcburi tətilə göndərilməsi demək idi və ABŞ iqtisadiyyatına böyük məbləğdə zərər dəyə bilərdi. 

Gülşən