ABŞ-ın Pakistandakı səfiri Devid Heyli Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın Pakistanla bağlı sərt çıxışı olub.
Qeyd edək ki, Tramp çıxışında Pakistanı ABŞ-ın maliyyəsindən istifadə edərək, terrorçuları dəstəkləməkdə ittiham etmişdi.
Şərhlər