Dünya 12:13 17.07.2019

ABŞ Myanma generallarının ölkəyə girişinə qadağa qoydu

ABŞ yüksək rütbəli myanmalı hərbçilərə sanksiya tətbiq edib.

Qaynarinfo xəbər verir ki, Dövlət katibi Mayk Pompeonun məlumatına görə, Myanmanın yüksək rütbəli 4 hərbçisinin və ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib. Həmin siyahıda Baş Qərargah rəisi Min Aung Hlaing, onun köməkçisi Soe Vin, generallar Than OoAung Aung yer alıb. 

Qərara səbəb, Rohinca bölgəsində 2017-ci ildə müsəlmanlara qarşı tətbiq edilən soyqırım, Myanmada insan haqları ilə bağlı vəziyyətdir.

Gülşən