Dünya 11:48 23.05.2013

ABŞ qitələrarası raket sınaqdan keçirdi

ABŞ yeni qitələrarası ballistik raket sınağı keçirib.

Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, Kaliforniyadakı Vandenberq Hava Qüvvələri Bazasından verilən açıqlamada "Minuteman 3" adlı raketin yerli vaxtla saat 06:27-də atıldığı bildirilib. Qitələrarası ballistik raketin Sakit Okeanda minlərlə kilometr uzaqlıqdakı bir dənizə düşdüyü qeyd edilib.

Bu, "Minuteman" raketinin ilk sınağı olub. Əslində sınaq aprel ayına planlaşdırılmışdı, lakin Şimali Koreya ilə gərginlik ucbatından təxirə salınmışdı.

Qaynar.info