Xəbər lenti

Siyasət 00:07 30.05.2013

ABŞ səfirindən yeni təklif

ATƏT-in Minsk Qrupu gücləndirilməlidir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yekun sessiyasında çıxış edərkən bildirib. 

Səfirin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır və mövcud status-kvo, ölkənin ərazi hissəsinin işğalı yolverilməzdir: "Azərbaycanda səfir olduğum doqquz ay ərzində mən dərk etdim ki, Dağlıq Qarabağ münaqişəsi bütün Azərbaycan xalqını birləşdirir və bu münaqişənin faciələri bütün millətin faciələridir".

Diplomat bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri özləri məsələnin nizama salınmasına nail ola bilməyəcəklər: "Mənim fikrimcə, gündəliyə ATƏT-in Minsk Qrupunun gücləndirilməsi məsələsi qoyulmalıdır. Bu münaqişənin ölkə-iştirakçılarından hər biri təşəbbüskar etibarlı addımlar atmalıdır. O şəraitdə ki, xalqlar sülh əldə etmək üçün bu və ya digər güzəştlərə hazır deyilsə, sülh əldə olunmayacaq".

Morninqstarın fikrincə, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin prosesdə iştirakı çox əhəmiyyətli olardı.

"Minsk Qrupundan başqa, "ikinci eşelonun diplomatiyası" adlandırılan beynəlxalq və yerli qeyri hökumət təşkilatları sülhün əldə olunmasına öz töhfəsini verməlidir", deyə səfir bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->