ABŞ Senatı Türkiyəyə qarşı skandal sanksiya: Ərdoğanın da adı var...

ABŞ Senatı Türkiyəyə qarşı skandal sanksiya: Ərdoğanın da adı var...

ABŞ Senatının üzvləri Suriyada həyata keçirilən "Barış Pınarı" anti-terror hərəkatına görə Türkiyəyə qarşı sanksiya layihəsi hazırlayır.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının Senatoru Lindzi Qrahamla Demokratlar Partiyasının Senatoru Kris Van Hollen sanksiya paketində Türkiyəni hədəf alan maddələrin yer aldığını açıqlayıb.

Sanksiya barədə hər iki partiya həmfikirdir. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Vitse-prezident Fuad Oqtaya sanskiya tətbiq edilməsi planlaşdırılır.

Türkiyə 90 gün ərzində Suriyadakı əməliyyatı sonlandırmasa, ölkənin hərbi sənayesinə məhdudiyyətlərin tətbiqi, təyyarə, avtobomil, maşın hissələri, həmçinin kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırılması təklif edilir.

Senat üzvləri Türkiyəyə Rusiyadan S-400 raketdən müdafiə sistemlərini aldığına görə, enerji və neft satışında Türkiyəyə, bu sahədə əməkdaşlıq etdiyi ölkələrə qarşı da addımlar atılmasını tələb edir.

Sanksiya paketi səsvermədən uğurla çıxsa, təsdiq üçün Təmsilçilər Məclisinə, daha sonra isə Prezident Donald Trampa təqdim ediləcək. ABŞ liderinin layihəni veto etmək hüququ var.
 


Gülşən
XƏBƏRLƏR
BLOGLAR