Dünya 10:46 14.02.2019

ABŞ-Səudiyyə münasibətləri qırılma nöqtəsində: hərbi yardım dayandırıldı

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın təşəbbüsü ilə Yəməndə gedən müharibədə Səudiyyə Ərəbistanına verilən hərbi yardımın dayandırılması bardəə qanun layihəsini qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, növbəti mərhələdə layihə Konqresdə müzakirəyə çıxarılacaq. 

Layihədə qeyd olunur ki, hökumət Əl-Qaidə ilə döyüşmədikləri müddətcə Yəməndəki bütün hərbi birləşmələrə və Səudiyyə Ərəbistanının liderliyi ilə hava hücumuna verilən dəstəyi 30 gün içərisində dayandırmalıdır.

Qanun layihəsi Konqresdə də qəbul ediləcəyi təqdirdə, Trampın vəzifəsi boyunca ilk dəfə veto hüququndan istifadə edə biləcəyi bildirilir.