ABŞ şirkətləri 2 il ərzində

ABŞ şirkətləri 2 il ərzində "Huawei"lə əlaqələri dayandıracaq

ABŞ şirkətləri 2 il ərzində Çinin texnologiya nəhəngi "Huawei"lə əlaqələri tamamilə dayandırmalı olacaq. 

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin İdarəçilik və Büdcə İdarəsi məlumat yayıb və şirkətlər qarşısında belə bir öhdəliyin qoyulduğunu açıqlayıb. 

Qeyd edək ki, ABŞ "Huawei"i casusluq və oğurluqda ittiham edir. Şirkət isə Çin hökuməti tərəfindən idarə edilməsi barədə iddianı qəbul etmir.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR