Dünya 10:38 06.12.2018

ABŞ təyyarələri Yaponiyada toqquşdu

ABŞ donanmasına aid 2 təyyarə Yaponiyada toqquşub.

Qaynarinfo xəbər verir ki, Yaponiyanın İvakuni hərbi bazasında yerləşən " KC-130" və "F/A-18" təyyarələri toqquşaraq qəza törədib. Hadisə zamanı yaralanan bir hərbçi Yaponiya donanmasının üzvləri tərəfindən xilas edilib. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!