Xəbər lenti

ABŞ Venesuelaya müdaxilə üçün Karib bölgəsinə hərbi təyyarə göndərdi
Dünya 17:00 15.02.2019

ABŞ Venesuelaya müdaxilə üçün Karib bölgəsinə hərbi təyyarə göndərdi

ABŞ Venesuelaya hərbi müdaxilə məqsədilə Karib bölgəsinə hərbi qüvvələr yerləşdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə iddia Kubanın "Granma" qəzetində yer alıb. ABŞ təyyarələri 6-10 fevral tarixlərində Puerto Riko, Dominikan Respublikası və bölgədəki digər strateji əhəmiyyətli yerlərə eniş edib. ABŞ prezidenti Donald Trampın Venesuela təmsilçisi Eliot Abrams isə bu iddianın yalan olduğunu bildirib. Daha əvvəl Kolumbiya-Venesuela sərhədinə əsgərlərin göndərildiyi yazılmışdı.

Qeyd edək ki, ABŞ Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsi və ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->