Dünya 11:58 07.02.2018

Adnan Oktarın qalmaqallı verilişi dayandırıldı

Türkiyənin Televiziya və Radio Yayım Şurası (RTÜK) Adnan Oktarın müəmmalı verilişinin yayımının dayandırılması barədə qərar verib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK A9 telekanalında yayımlanan verilişi 5 dəfəlik dayandırıb və ən yüksək məbləğdə - 50 min dollar cərimələyib.

Qurum rəsmisi İsmet Demirdöğen mətbuata açıqlamasında yayımın qadınların istismar edilməsi səbəbindən dayandırıldığını söyləyib.

"Qadınların rəqs etdirilərək, oynadılaraq təhqir edildiyi görüntülər səbəbindən cəza verilib", - deyə o, bilidib.

Qeyd edək ki, bir müddət öncə A.Oktar ilə mübahisə yaşayan Dəyanət işləri başqanı Əli Ərbaş Oktarın ağlının yerində olmadığını iddia etmiş və kanalının bağlanması üçün RTÜK-ə müraciət etmişdi.