Sənət 10:52 20.05.2018

ADO-da "Toy" olacaq

22 may, saat 20:00-da ADO Theatre - Collective TOY adlı tamaşasını göstərəcək.

Qaynarinfo xəbər verir ki, tamaşa, məşhur alman dramaturqu Bertolt Brextin "Meşşan Toyu” pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib.
 
Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Günel İmanova, Zərif BəkirovaOrxan İsgəndərli canlandıracaq.

"TOY” tamaşasının rəsmi dəstəkçisi: "Goethe Zentrum – Baku” (Goethe İnstitut)

ADO Theatre - Collective hər kəsi 22 may 2018, saat 20:00-da "TOY”a dəvət edir.

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.

Bilet: 5 AZN
Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre - Collective
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
Ünvanı tapmaq üçün video-xəritə: https://www.youtube.com/watch?v=o5LdtV49Wuo