"Adobe" şirkəti elektron ticarət platforması olan "Magento"nu alıb.
Qaynarinfo Tech Crunch-a istinadən xəbər verir ki, satışın qiyməti 1,68 milyard dollardır. Bu addımla "Adobe" "Salesforce" şirkəti ilə rəqabətə girə biləcək.
Qeyd edək ki, "Magento" 2008-ci ildə qurulub və 2011-ci ildə "eBay" tərəfindən 180 milyon dollara alınıb. Şirkət 2015-ci ildə yenidən 200 milyon dollar qiymətə satılmışdı.
Gülşən
Şərhlər