Foto 13:15 12.12.2017

Adrenalin sevgisi ölümünə səbəb oldu: 62 mərtəbəli binadan aşağı düşdü (VİDEO 18+)

Çində hündürmərtəbəli binalara, körpülərə dımaşan internet fenomeni növbəti videosunu çəkərkən həyatını itirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı ulduz Vu Yonqninq Xuan əyalətinin Çanqaşa şəhərində 62 mərtəbəli Xuayuan Beynəlxalq Mərkəzinin damından yıxılaraq ölüb. Onun ölüm anını Vunun sevgilisi Cin Cin çəkib. O, mətbuata açıqlamasında bildirib ki, mərkəz binasının yalnız 44-cü mərtəbəsinə qədər qalxmağa icazə verilir və yuxarı mərtəbələrdə mühafizəçilər olduğundan, Vu qalan 18 mərtəbəni dırmanaraq çıxıb.

Qeyd edək ki, Vu təhlükəli yerlərə çıxmadan öncə filmlərdə dublyor kimi çıxış edib, lakin bu sahədə daha çox gəlir olduğunu düşünərək dublyorluq sənətini atıb. Videolarından 9000 funt-sterlinq gəlir əldə etdiyi bildirilir.