Dünya 18:50 14.02.2019

Afrika ölkəsində mədən çökdü: çox sayda ölü var

Afrika ölkəsi Zimbabvedə qızıl mədəni çöküb.

Qaynarinfo xəbər verir ki, Kadoma bölgəsində torpaq sürüşməsinin səbəb olduğu hadisə 23 mədənçinin ölümü ilə nəticələnib. Həyatını itirənlərin sayının artması ehtimal olunur. 

Qeyd edək ki, torpaq sürüşməsi davam edən güclü yağışlardan sonra baş verib.

Gülşən