Dünya 09:59 12.11.2018

Afrika ölkəsində qatar qəzası: azı 40 ölü var

Konqo Demokratik Respublikasında dəhşətli qatar qəzası baş verib.

Qaynarinfo CNNTurk-ə istinadən xəbər verir ki, Lumbaşi şəhərinə doğru yola çıxan yük qatarı Kindu və Kamina əraziləri arasında relsdən çıxıb. Qəza nəticəsində azı 40 nəfərin öldüyü bildirilir, çox sayda yaralı var. Qurbanların sayının çoxluğuna səbəb kimi qatara qeyri-qanuni minənlərin olması göstərilir. 

Qeyd edək ki, Afrika ölkəsində 2017-ci ildə də oxşar hadisə baş vermiş, 35 nəfər ölmüşdü.

Gülşən