Dünya 12:09 24.02.2018

Afrin əməliyyatı davam edir: 1931 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən "Zeytun Budağı" əməliyyatı davam edir.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 20 yanvarda başlayan əməliyyat nəticəsində öldürülən PKK/PYD və İŞİD terrorçularının sayı 1931 nəfərə çatıb. 

Bu günə qədər 103 nöqtə terrorçulardan təmizlənib. Son olaraq Hacılar və Əbu Kəbə kəndləri Türkiyə Silahlı qüvvələrinin nəzarətinə keçib. Afrin şəhər mərkəzinin mühasirəyə alınması gözlənilir.

Gülşən