Dünya 16:25 18.07.2019

Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım

Avropa İttifaqı Türkiyədəki miqrantlara dəstək olmaq üçün 1,41 milyard avroluq yardım paketini qəbul edib.

Qaynarinfo xəbər verir ki, dəstək proqramı üçün ayrılan məbləğlə səhiyyə, təhlükəsizlik, sosial-iqtisadi və bələdiyyələrin infrastruktur sahələrində 4 layihə reallaşdırılacaq. 

Qeyd edək ki, Aİ Suriya vətəndaş müharibəsindən sonra milyonlarla miqranta qapı açan Türkiyəyə 6 milyard avro maliyyə yardımı nəzərdə tutub. Həmin məbləğin 5,6 milyardı artıq ayrılıb.

Gülşən