Xəbər lenti

Aİ yeni sanksiyalar paketində Rusiyadan maliyyələşməni qadağan edəcək
Dünya 15:26 08.05.2024

Aİ yeni sanksiyalar paketində Rusiyadan maliyyələşməni qadağan edəcək

2024-cü ilin iyul ayına qədər Avropa İttifaqı Rusiyaya qarşı Ukraynanın işğalı səbəbindən tətbiq edilən yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The İnsider” nəşri "EUobserver”ə istinadən məlumat yayıb.

"EUobserver”nin məlumatıma görə, sanksiyala Avropanın siyasi partiyalarının, QHT-lərin və medianın Rusiyadan maliyyələşməsinə qadağa da daxildir.

Bundan əlavə, yeni sanksiya paketi layihəsində Aİ ölkələrinin limanlarına Rusiyadan Avropa Birliyi hüdudlarından kənara mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə xidmət göstərilməsi və sanksiyaları pozan gəmilərin limanlara daxil olmasına qadağa qoyulması, həmçinin Rusiya aviasiyasına əlavə məhdudiyyətlər də öz əksini tapıb.

Əlavə olaraq, layihə müəllifləri daha 52 şirkəti "qara” siyahıya salmaqla, gücləndirilmiş ixrac nəzarəti tədbirlərinə məruz qalan təşkilatların siyahısını genişləndirməyi təklif edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->