Xəbər lenti

İstanbul derbisini
İdman 22:17 19.05.2024

İstanbul derbisini "Fənərbağça" qazandı

Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində "Qalatasaray” "Fənərbağça” ilə üz-üzə gəlib.

Qaynarinfo xəbər verir ki, turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub.

Qarşılaşmada qonaqlar qələbə (1:0) qazanıb.

Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, bu nəticənin ardından "Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" isə 99 xalla liderdir.

Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->