Xəbər lenti

Aİ Zelenskinin legitimliyi ilə bağlı mövqeyini açıqladı
Dünya 17:11 21.05.2024

Aİ Zelenskinin legitimliyi ilə bağlı mövqeyini açıqladı

Avropa İttifaqı Volodimir Zelenskini Ukraynanın qanuni prezidenti hesab edir.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib.

Stanonun sözlərinə görə, Ukrayna əhalisi və siyasi partiyalar öz ölkələrinin qanuni liderinin kim olduğuna şübhə etmirlər.

"Və bizim Ukrayna prezidentinin kim olduğuna şübhəmiz yoxdur. Bu, Zelenskidir”, deyə diplomat yekunlaşdırıb.

Mayın 20-də Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Ukrayna konstitusiyasına görə, ölkənin yeni prezidenti mayın 20-də and içməli idi, lakin prezident seçkiləri müharibəyə görə baş tutmayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->