Dünya 14:03 04.08.2018

Ailəsi Orxan Camalın dərhal dəfn edilməsini istəyir

Mərkəzi Afrika Respublikasında öldürülən Azərbaycan əsilli jurnalist Orxan Camal müsəlman qəbristanlığında dəfn olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı jurnalist Maksim Şevçenko yazıb.
 
O bildirib ki, ailəsi Orxan Camalı nəşinin Moskvaya gətirilməsindən dərhal sonra dəfn edilməsini istəyir. Lakin araşdırma və ekspertiza işləri avqustun 7-8-nə qədər davam edəcək və araşdırma bitdikdən sonra o, torpağa tapşırılacaq.

Dəfn mərasiminə Rusiyanın tanınmış jurnalistləri və önəmli dövlət nümayəndələri qatılacaq.
 
Qeyd edək ki, Orxan Camalın və digər iki jurnalist Aleksandr RastorquyevKiril Radçenkonun nəşi bu gün təyyarə ilə yola salınıb. Təyyarə artıq Fransanın paytaxtı Paris şəhərinə enib. Sabah jurnalistlərin nəşi oradan Moskvaya göndəriləcək.