Dünya 15:17 27.07.2013

Ağırçəkili aşbaz ölkəyə buraxılmadı

Yeni Zellandiya Cənubi Afraika Respublikasından olan şef-aşbazı işə qəbul etməkdən imtina edib. 

ANN.Az xəbər verir ki, CAR vətəndaşı olan Albert Buitenxuisa Yeni Zellandiyada işləmək üçün viza əldə edə bilib. Onun əlində rəsmi vizasının olmasına baxmayaraq, Yeni Zellandiya hökuməti şef-aşbazın ölkəyə gəlməsinə qadağa qoyub. Səbəb kimi Albert Buitenxuisanın həddindən artıq kök olması göstərilib - 130 kiloqram. Yeni Zellandiyanın miqrasiya xidmət belə bir rəy verib ki, 130 kiloqram çəkiyə malik aşbaz çox tez xəstələnə bilər və bu zaman sosial xidmətlərin onun səhhəti ilə bağlı xeyli xərci çıxa bilər. 

Hazırda şef-aşbaz və həyat yoldaşı ölkənin xarici işlər nazirliyinə müraciət edib və orada xüsusi qeyd olunub ki, Albert Buitenxuisa xeyli çəki itirib.

Statistikaya görə, Yeni Zellandiya vətəndaşlarının ağır çəkili olmasına görə, dünyada üçüncü yeri tutur.

Qaynar.info