Ekonomiks 12:34 20.11.2017

"Alibaba" hipermarketlər şəbəkəsini alır

"Alibaba" şirkəti hipermarket operatoru olan "Sun Art" şirkətinin 36,2% hissəsini almağa hazırlaşır. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Acuhan Retail" və "Reuntex Group" şirkətlərinin birgə sahib olduğu "Sun Art"ın "Reuntex Group"a aid hissələri alınacaq. Bu hissələrin dəyəri 2,87 milyard dollardır. Alışla "Alibaba" dəyəri 500 milyard dollar olan Çin qida sektorunda yer alacaq. 

Çinin ən böyük onlayn ticarət saytı olan "Alibaba" ölkədə hər il qeyd olunan "Yalnızlar Günü"ndə 25 milyard dollar satış həyata keçirmişdi. Festivalın təkcə ilk 30 dəqiqəsində 7 milyard dollara yaxın satışın olması diqqəti xüsusilə çəkmişdi.

Gülşən
Qaynarinfo.Az