Dünya 22:15 15.12.2017

Alimlər bu ailəni nəzarətə götürdü: ağrı hiss etmirlər

İtaliyada yaşayan ailə alimlər tərəfindən nəzarətə götürülüb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bunun səbəbi 6 nəfərdən ibarət ailə üzvlərinin ağrı hiss etməməsidir. 78 yaşlı qadın, 2 qızı və 3 uşaqdan ibarət Marsili ailəsi ağrı hiss etmir. 

London Universitetinin həkimi Ceyms Koks araşdırmaların nəticələri ilə bağlı danışarkən "Bəzən ağrı hiss edirlər, amma bu çox qısa davam edir. Məsələn, Letizia xizək sürərkən çiynini qırıb, amma evə qədər maşın idarə edib və bu faktı 1 gün sonra həkimə gedərkən öyrənib. Ailənin digər üzvlərinin bədənlərində də qırıq və çatlaqlar aşkarlanıb" deyib.

Araşdırmalar göstərir ki, ağrını hiss etməməyə səbəb mutasiyaya uğramış "ZFHX2” genidir. Alimlər bu geni siçana inyeksiya edib və nəticədə bu canlıda ağrıya qarşı dözümlülük yaranıb. 

Dr. Koks və araşdırma qrupunun üzvləri bu faktdan gələcəkdə daha güclü ağrıkəsicilərin istehsalında istifadə edə biləcəklərinə ümid edirlər.

Gülşən