Dünya 13:35 11.11.2018

Almaniyada hərbçilərin siyasətçilərə sui-qəsd planı aşkarlandı

Almaniyada bəzi hərbçilərin siyasətçilərə qarşı sui-qəsd hazırladığı ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, ölkənin "Focus" jurnalının xəbərinə görə, Federal Kriminal İdarəsi Almaniya ordusuna bağlı Xüsusi Təyinatlıların bəzi üzvlərinin sui-qəsd planını aşkarlayıb. Qrup Sol Partiyasının rəhbər şəxslərindən olan Dietmar Bartş və adı açıqlanmayan digər siyasətçiləri öldürməyi planlaşdırıb. 

Qeyd edək ki, daha əvvəl Franco A. adlı ordu üzvünün özünü suriyalı miqranta bənzədərək sui-qəsd planları hazırladığı ortaya çıxmışdı.

Gülşən