Dünya 14:15 07.02.2018

Almaniyada koalisiya höküməti qurulacaq - razılıq əldə olundu

Almaniyada Mühafizəkarlarla Sosial Demokratlar arasında koalisiya höküməti qurmaq barədə razılıq əldə edilib.

Qaynarinfo Financial Times-a istinadən xəbər verir ki, ötən ilin sentyabrında keçirilən seçkilərdən sonra ölkədə siyasi qeyri-sabitlik hökm sürürdü. Mühafizəkarların sədri Anjela Merkel və Sosial Demokratların lideri Martin Şulz müqavilə barədə razılıq əldə etsə də, son qərarı SDP-nin 460 min üzvü səsvermə vasitəsilə verəcək. Səsvermə poçt ilə həyata keçiriləcək. 

Qeyd edək ki, koalisiya höküməti qurulsa, ölkədə II Dünya müharibəsindən bəri mövcud olan ən uzun siyasi xaos sona çatacaq.

Gülşən