Xəbər lenti

Almaniyada seriyalı qatil tutuldu: 21 iş yoldaşını öldürməkdə ittiham olunur
Dünya 14:56 29.06.2018

Almaniyada seriyalı qatil tutuldu: 21 iş yoldaşını öldürməkdə ittiham olunur

Almaniyanın Bilefed şəhərində polis iş yoldaşlarını zəhərləyərək öldürməkdə təqsirli bilinən şəxsi həbs edib.

Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, Klaus O adlı 56 yaşlı şəxsin 2000-ci ildən bəri 21 nəfəri öldürdüyü ehtimal edilir və istintaq prosesinə start verilib. O, iş yoldaşının yemək qutusunu açaraq üzərinə şübhəli ağ maddə tökərkən görüntülənib və dərhal həbs edilib. Şübhəli 38 ildir adı açıqlanmayan şirkətdə çalışır. 

Şirkətin işçilərinin böyük əksəriyyəti xərçəng və infarktdan ölüb. İstifadə edilən zəhərin ciddi orqan çatışmazlığına və bu xəstəliklərə səbəb ola biləcəyi güman edilir. Sonuncu qurban 2 ildir ki, komadadır.

Klaus Onun 30 illik iş yoldaşı Udo B. bildirir ki, 3 ay əvvəl böhrəklərində gözlənilmədən ciddi problem yaranıb. 

İş yoldaşları şübhəlinin nəzərə çarpmayan, çox danışmayan, ünsiyyətdən qaçan biri olduğunu qeyd edib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->