Dünya 15:39 09.10.2019

Almaniyada silahlı hücum: ölənlər var

Almaniyanın Halle şəhərində atışma qeydə alınıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 2 nəfər ölüb, yaralılar var. Cinayəti törədən şəxslər hadisə yerindən qaça bilib.

Şahidlərin məlumatına görə, atəş açanlardan biri hərbi forma geyinib və əlində bir neçə ədəd silah olub.

Gülşən