Xəbər lenti

Texnologiya 13:29 24.02.2018

"Amazon"dan satıcısız, kassasız mağaza

"Amazon" şirkəti bu il ərzində 6 "Amazon Go" mağazası açmağa hazırlaşır.

Qaynarinfo Forbes-ə istinadən xəbər verir ki, 2016-cı ildə Vaşinqtonda açılmış mağazanın növbəti filiallarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. 

Qeyd edək ki, "Amazon Go" mağazasında kassa və satıcı yoxdur. Alıcılar "smartphone" tətbiqetməsi vasitəsilə mağazaya daxil olur, məhsulu götürən və mağazadan çıxandan sonra proses qeydə alınır və süni intellekt sistemi götürülən məhsulu, qiymətini müəyyənləşdirərək məbləği müştərinin hesabından çıxır.

Bu sistemin gələcəkdə insanların çox olduğu mağazalarda alış-veriş prosesini asanlaşdırmaq məqsədilə istifadəsi gözlənilir.

Gülşən 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->