Xəbər lenti

Ekonomiks 11:23 23.11.2013

AMEA-da texnopark yaradılacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) idarəetməsinin təkmilləşdirilməsi istiqamətində bir sıra struktur dəyişiklikləri edilib.

Dəyişikliklərin biri də Neft-Kimya Prosesləri İnstitutunda həyata keçirilib.

Bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
 
O, sözügedən institutun istehsal sahələrində texnoparkın yaradılması istiqamətində düşündüklərini bildirib: “Burada lazım olan imkanlar var. Buradakı istehsalı artırmaq, formalaşdırmaq, genişləndirmək lazımdır. Hesab edirəm ki, tədricən oranı texnopark səviyyəsinə qaldırmaq olar. Bunun üçün bizə sponsorlar lazımdır. Çünki texnopark yaratmaq uzunmüddətli və böyük vəsait tələb edən məsələdir. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Çünki  bütün dünya bu yolu tutub. Dünyanın elm mərkəzləri istehsalla birləşdirilib. Biz də bu yolda ilkin addımlarımızı atmışıq . Yəqin ki, bu addımlar öz bəhrəsini verəcək”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?