Xəbər lenti

Mehriban Əliyeva azərbaycanlı şahmatçını təbrik etdi (FOTO)
Ölkə 21:30 29.04.2024

Mehriban Əliyeva azərbaycanlı şahmatçını təbrik etdi (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.


Qaynarinfo xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir:


"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”.

 


 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->