Xəbər lenti

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? (AÇIQLAMA)
Ölkə 11:55 16.05.2024

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? (AÇIQLAMA)

"Bu günə kimi Əfv Komissiyasında 600-ə yaxın müraciətə baxılıb".
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
 
O, mayın 15-də komissiyanın 5-ci iclasının keçirildiyini vurğulayıb:



"İclasda 100-dən artıq müraciətə baxıdı. Hələ iclaslarımız davam edir. Qarşıdakı həftədə də iclasın keçirilməsi gözlənilir. Ümumilikdə, Əfv sərəncamının nə vaxt verilməsini cənab prezident müəyyənləşdirəcək". 
 
"Siyahıda tanınmış şəxslərdən kimlərin adı ola bilər" sualına gəlincə, Əliməmməd Nuriyev bu haqda heç bir məlumata malik olmadığını bildirib:

"Sərəncam imzalanandan sonra siyahı çap olunur. Biz əfv olunan şəxslərin kimliyini həmin siyahıdan oxuyuruq". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->