Xəbər lenti

Ülvi Babasoyun
Foto 10:22 16.05.2024

Ülvi Babasoyun "Ədəbiyyatda postmodernizm: oyun estetikası" kitabı təqdim olunub

May ayının 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun "Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan "Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib. 

Departamentin müəllimi fil.ü.f.d. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra kitabın müəllifi çıxış edərək, bu dərs vəsaitini tələbələrinə ithaf etdiyini bildirib, ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib. 

Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentin müəllimləri fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi  fil.ü.f.d. Rəhman Quliyev, yazarlardan Nərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən, "Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar. 

Tədbirin sonunda Ü.Babasoy kitablarını imzalayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->