Xəbər lenti

Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)
Video 21:35 15.05.2024

Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır.


Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı.


İndi isə xanımların cehizi boğça-sandığa sığmır.


Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?


Məsələ ilə bağlı "Xəzər” TV araşdırma aparıb.


Bakıda yerləşən mebel mağaza şəbəkəsinin əməkdaşından biri bildirib ki, mətbəx mebeli 1500-2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat aralığında dəyişir.


Ümumilikdə isə bir qızın cehiz xərcinin minimum 15, maksimum 30-35 min manata başa gələ biləcəyi məlum olub.


Ətraflı videomaterialda:


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->