Ölkə 18:26 07.02.2014

Anar Məmmədlinin həbsi ilə bağlı beynəlxalq kampaniya

Front Line Defenders 12 hüquq müdafiəçisi barəsində Olimpiyada kampaniyasına start verib; "Hüquqlar. Risklər. Dəyişiklik" haştaqları ilə kampaniya diqqəti təzyiqə məruz qalmış hüquq müdafiəçilərinə yönəldəcək.

Front Line Defenders təşkilatı ictimaiyyətin diqqətini Şərqi Avropadan və Mərkəzi Asiyadan olan 12 insan hüquqları müdafiəçisinin vəziyyətinə yönəltmək üçün Soçi Qış Olimpiyadasının açılışı ilə eyni gündə onlayn və sosial media kampaniyasına başlayıb. "Hüquqlar. Risklər. Dəyişiklik!" kampaniyası (www.sportshrd.org) ictimaiyyəti bu 12 hüquq müdafiəçisini dəstəkləməyə və yerli rəsmilərdən hüquq müdafiəçilərin fəaliyyətinə hörmətlə yanaşmağı tələb etməyə çağırır.

Kampaniyada qeyd olunan 12 hüquq müdafiəçilərinin hər biri işlədiyi müxtəlif insan hüquqları sahəsində cəsarət və prinsipiallıq nümayiş etdirmişlər. Uzun müddətdir həbsdə olan Ales Bialiatski (Belarus) və Azimjan Askarovdan (Qırğızıstan) Rusiyada ayrı-seçkiliyə qarşı və ətraf mühitin müdafiəsi üçün çalışan Stepaniya Kulayeva və Yevgeni Vitişkoyadək, hüquq müdafiəçilərinin Olimpiya Komandası başqalarının insan hüquqlarının müdafiə edərkən böyük çətinliklərlə üzləşirlər. 

“Bütün dünyanın diqqəti müxtəlif ölkələrdən toplanmış idmançıların möhtəşəm talantları və əzminə yönəldiyi bir zamanda, ədalətli yarışma və idman ruhunda keçirilməli olan bu Qış Oyunları ərzində, Front Line Defenders təşkilatı diqqəti bizim cəmiyyətlərin digər qəhrəmanlarına - öz həyatlarına olan risklərə və çətinliklərə baxmayaraq digərlərinin fundamental hüquq və azadlıqlarının müdafiəsi üçün çalışan hüquq müdafiəçilərinə yönəldir," kampaniyanın elan olunması zamanı təşkilatın İcraçı Direktor Mary Lawlor qeyd etmişdir.

"Komanda dəstəyi olmadan idmançıların Olimpiyadada iştirakının mümkün olmadığı kimi, hüquq müdafiəçilərinin də öz məqsədlərinə çatmaları üçün dəstəyə ehtiyacları var. Thttp://www.sportshrd.org/anar.htmlamaşaçıların dəstəyinin yeni dünya rekorduna gətirə biləcəyi kimi də, Front Line Defenders təşkilatı inanır ki, bir neçə dəqiqə ayırıb kampaniyaya qoşulmaqla, ictimaiyyət bu hüquq müdafiəçilərin həyatlarında böyük dəyişiklik edə bilər," Kampaniyanın Rəhbəri Adam Shapiro izah edib.

Front Line Defenders təşkilatı on ildən artıqdır ki, riskdə olan insan hüquqları müdafiəçilərinə praktiki və operativ dəstək göstərmək üçün çalışır. Təşkilatın fəaliyyətinə fövqəladə hallarda yardım, qrantlar, fiziki və dijital təhlükəsizlik sahəsində təlimlər, beynəlxalq vəkillik və kampaniya daxildir.

Qeyd edək ki, 12 hüquq müdafiəçisindən biri Azərbaycandan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir.  Anar Məmmədli ilə bağlı başlanan kampaniya ilə bu linkdə tanış ola bilərsiniz. 

Qaynar.info