Video 09:22 23.10.2017

ANS-in keçmiş aparıcısı öz verilişi ilə “Xəzər”də (VİDEO)

Fəaliyyəti dayandırılmış ANS televiziyasının efirində uzun illər yayımlanan "İrəmlə Uşaqdan Böyüyə” verilişi Xəzər TV-də yayımlanır.

"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, proqramın ilk buraxılışı dünən efirdə yayımlanıb. Veriliş yeni telekanalda bir qədər yeni formatda və həmçinin, ad dəyişikliyi ilə təqdim olunur. "İrəmlə Balaca Böyüklər” adlı proqram hər həftənin bazar günü efirdə nümayiş olunacaq. 
Qaynarinfo.Az