Dünya 11:02 11.12.2018

Antarktikada güclü zəlzələ

Antarktikada 7,1 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat verib. Təkanın mərkəzi Cənubi Sendviç adalarının yaxınlığı göstərilir. Zəlzələ yerin 164 km dərinliyində qeydə alınıb. 

Təbiət hadisəsindən sonra sunami xəbərdarlığı edilməyib.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!