Apple şirkəti bu ilin 4-cü rübünün maliyyə hesabatını açıqlayıb.
 
"Qaynarinfo” şirkətə istinadən xəbər verir ki, Apple-nin əsas gəliri iPhone və Mac satışlarından əldə edilib.

Şirkətinin icraçı direktoru Tim Kuk Apple üçün olduqca gözəl keçən son rübün hesabatını təqdim edib. O şirkətin bu rübdə rekord gəlir əldə etdiyini bildirib.
 
Hesabatda 2017-ci ilin son rübündə 52,6 milyard dollar əldə olunduğu bildirilir. Gəlirin 8,7 milyard dollarının qazanc olduğu açıqlanıb. 46,7 milyon iPhone telefonlarından, 10,3 milyon iPad, 5,4 milyon isə Mac satışından əldə olunan qazancdır.
 
Ötən günlərdə satışa çıxan iPhone X modeli ilə isə 2018-ci ilin ilk rübündə rekord qazanc əldə olunacağı güman edilir. Bu məbləğin 87 milyard dollara qalxması gözlənilir.
 
Nərmin Həsənli
Qaynarinfo.Az