Xəbər lenti

Texnologiya 18:13 27.02.2018

"Apple"dan 3 yeni iPhone X modeli: yeni, nəhəng və ucuz

"Apple" şirkəti bu ilin payızında 3 yeni "iPhone X" telefonunu təqdim edəcək.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, siyahıda yeni iPhone X, nəhəng iPhone X və ucuz iPhone X modelləri olacaq. 

Hazırkı iPhone X-in ölçüsü 5,8 düymdür, nəhəng iPhone X isə 6,5 düym ölçüyə sahib olacaq.

Hər 3 modeldə idendifikasiya üçün toxunuş yox (Touch ID), fotodan (Face ID) istifadə etmək mümkün olacaq. 

Böyük iPhone X ötən ilki kimi OLED ekrana və paslanmayan polad kənarlara sahib olması planlaşdırılır. Telefonun qızılı, ağ və gümüşü rənglərdə istehsalı ehtimallar arasındadır. 

Ucuz iPhone X-in incə çevrə və polad kənarlar əvəzinə alüminium çərçivəsi olacaq. 6,1 düym ölçüyə sahib bu modelin qiyməti iPhone X-dən bir neçə yüz dollar ucuz, təxminən 700-800 dollar müəyyənləşdirilib. 

Qeyd edək ki, "Apple" şirkəti "dual-SIM" xüsusiyyəti barədə fikirləşir.
 
Ənənəvi "SIM Card" texnologiyasından imtina edərək "e-SIM" texnologiyasının tətbiqi planlar arasındadır. "e-SIM" telefona kart taxmadan müvafiq funksiyalardan istifadəni nəzərdə tutur.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->