Aprelin 30-da “Bakı” futbol klubu ilə yoldaşlıq oyunu keçirəcək olan İspaniyanın “Atletiko Madrid” klubunun tanınmış oyunçusu Arda Turan Azərbaycana səfər edib. Azərbaycanda səfərdə olan məşhur futbolçu İlham Əliyev ilə görüşüb.
Musavat.com-un Türkiyə mətbuatına istinədən verdiyi xəbərə görə, Arda Turan “Atletiko Madrid”in üstündə İlham Əliyev yazılan formasını prezidentə hədiyyə edib.
Xatırladaq ki, İspaniyanın tanınmış klubları sırasında yer alan "Atletiko Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Qaynar.info
Şərhlər