İdman 16:47 12.08.2013

Arda Turan "Fənərbaxça"ya gəlir - İDDİA

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın "Atletiko Madrid"də oynayan türk futbolçu Arda Turanı transfer edəcəyi bildirilir. 

Qaynar.info xəbər verir ki, klub rəhbərliyi keçmiş futbolçu Aleks de Souzadan sonra boş qalan "10" nömrəni Arda üçün nəzərdə tutub, hətta "Atletiko Mardid" rəhbərliyinə bunun üçün 20 milyon avro da təklif edib. 

Ardanın meneceri Əhməd Bulud bununla bağlı hər hansı açıqlama vermək istəməyib. Ancaq ispan klubunun "Fənərbaxça"nın 20 milyon avro təklifini qəbul edəcəyi gözlənilir. 

Əgər Arda Turan bu təklifi qəbul edərsə ildə 6 milyon avro qazanacaq.

Qaynar.info