Argentinada aborta icazə verilən qanun layihəsi Senatda rədd edilib.
Qaynarinfo xəbər verir ki, 15 saat davam edən müzakirələrdən sonra keçirilən səsvermədə qanun layihəsi 31 "Hə", 38 "Yox" səsi ilə rədd edilib.
Ölkədə böyük müzakirəyə səbəb olan məsələ Katolik Kilsəsi, mühafizəkar həkimlərlə feminist qrupları qarşı-qarşıya qoymuşdu. Ölkə rəhbəri Maurisio Makri qanun layihəsi Senatdan keçsə, imzalayacağını bildirmişdi.
Qanun layihəsi hamiləliyin 14-cü həftəyə qədər sonlandırılmasına icazə verirdi.
Qeyd edək ki, Argentinada hər il 500 min qeyri-qanuni abort həyata keçirilir.
Gülşən
Şərhlər