Foto 14:08 19.01.2018

Arıların ölümünə səbəb olan uşaqlar həbs edildi (FOTOLAR)

Arı fermasında yerləşən arı yuvalarına zərər verən və yarım milyon arının ölümünə səbəb olan 2 azyaşlı həbs edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ayova ştatında baş verən hadisədə 12 və 13 yaşında 2 uşaq həbs olunub. Castin və Tori Engelhardt cütlüyünə aid fermaya ümumilikdə 60 min dollar zərər dəyib və yarım milyon arı qarlı havada qalaraq tələf olub. Cütlüyə kömək məqsədilə yardım kampaniyası təşkil edilib və 30 min dollar yığılıb. 

Hadisə ilə bağlı araşdırma aparan polis hadisədə şübhəli bilinən və adları açıqlanmayan 2 azyaşlını həbs edib. Onlar uşaq məhkəməsinə çıxacaq. Onları 10 il həbs, və ya 10 min dollar pul cəzası gözləyir.

Gülşən