Video 19:10 14.04.2018

Arnold Şvartsenegger əməliyyat olundu (VİDEO)

Məşhur aktyor Arnold Şvartsenegger əməliyyat olunub.

Qaynarinfo Mirror-a istinadən xəbər verir ki, aktyor açıq ürək əməliyyatı keçirib və ürəyinə stendlər qoyulub. Əməliyyatdan sonra sosial şəbəkə hesabında video paylaşan aktyor özünü tamamilə yaxşı hissətmədiyini, lakin yaxşılaşmağa doğru getdiyini söyləyib və xoş diləklərinə görə bütün pərəstişkarlarına təşəkkürlərini bildirib.

"Telefonuma, elektron poçtuma dünyanın dörd bir yanından yazdığınız xoş diləklərinizə görə təşəkkür edirəm. Bu doğrudur, geri döndüm. Sadəcə bunu bilməyinizi istəyirəm ki, özümü yaxşı hiss edirəm. Vəziyyətimin tamamilə əla olduğunu deyə bilmirəm. Amma özümə yaxşı baxıram. Yaxşı həkimlər, yaxşı tibb bacıları var. Hər şey möhtəşəmdi. Burada fikrimi dağıtmaq üçün bir az şahmat oynayıram".